Ölkəyə gətirilən məhsullara nəzarət gücləndiriləcək
Bizi izləyin

Qırmızı.az

Ölkəyə gətirilən məhsullara nəzarət gücləndiriləcək

Əhalinin, xüsusilə uşaqların həyatı və sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalına, saxlanmasına, satışına və ölkəyə gətirilməsinə dövlət nəzarətin gücləndirilməsi ilə bağlı dövlət proqramı hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-ın məlumatına görə, bu barədə hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

2014-2025-ci illəri əhatə edəcək proqramı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi birgə hazırlayacaq.

Əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq və qeyri ərzaq məhsulları ilə təminatı sahəsində 2012-ci ildə həyata keçirilən nəzarət tədbirləri nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaş­dırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 94.5 ton ərzaq malları, 1.6 ton qeyri ərzaq malları və 65.1 ton tikinti materialları dövriyyədən çıxarılıb.

Əhalinin sağlamlığına və həyatının təhlükəsizliyinə bir çox amillər, o cümlədən ölkədə olan ekoloji vəziyyət, qida məhsullarının keyfiyyəti, məişət şəraiti bilavasitə təsir edir. Bunları nəzərə alaraq, Dövlət Proqramı çərçivəsində ekoloji tarazlığın və ətraf mühitin qorunması, ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, saxlanması, ölkəyə gətirilməsi və satışına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm