Amasyada Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub
Bizi izləyin

Qırmızı.az

Amasyada Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub

İmzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu Türkiyə türkcəsində nəşr olunan “Hocalı Soykırımı tanıkların dili ile”, “ Məndən sonra…”, “Səndən sonra…”, “ O…” “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” , “Hesab vaxtı” və digər kitabları təqdim olunub.

Millət vəkili Qənirə Paşayeva kitablarını Amasyada qardaş-bacılarımız üçün imzalayaraq hədiyyə etməkdən böyük məmnuniyyət duyduğunu deyib və təşkilatçılara təşəkkürünü bildirərək xüsusilə gənclərin kitaba daha çox marağını görməkdən məmun olduğunu deyib və kitabları imzalı hədiyyə etməklə bərabər onlarla söhbət də edib. Amasyanı çox sevdiyini deyən Qənirə Paşayeva Amasyanın övliyalar, şahzadələr şəhəri olması ilə bərabər həm də Azərbaycan türklərinin ən çox köç edərək yerləşdiyi bölgələrdən olduğunu bildirib və Amasyanın qəlbimizdə ayrı bir yeri var deyib.

“Qənirə Paşayeva ilə addım-addın Türk dünyası” kitabında Amasyanı xüsusi sevgi ilə yazdığını deyən millət vəkili Qənirə Paşayeva mən də sizin kimi bir Amasyalıyım eyni zamanda və Amasyanın tariximizdəki yerindən tutmuş qədim abidələrinə qədər yaxşı tanıyıb bilməkdən və burada çoxlu dostlarım olmasından çox məmunam deyib. Azərbaycan gənclərini Amasya ilə bağlı yazılarına böyük diqqətlə yaşadığını deyən millət vəkili Qənirə Pasayeva bir-birimizə daha çox sahiblənə bilməmiz üçün biri-birimizi tariximizi,yurdlaarımızı,abidələrimizi, ortaq mədəniyyətimizi gənclərə daha yaxşı öyrətməliyik deyib və tədbirdə iştirak edənlərə Azərbaycanla bağlı, Qarabağla bağlı geniş məlumatlaar da verib. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb və imzalanmada iştirak edən bəzi ziyalılar və gəcnlər müəllifin imzası ilə albomları da əldə edə biliblər.

Millət vəkili Qənirə Paşayeva biıldirib ki, yaxın günlərdə onun Türkiyədə Türkiyə türkcəsində “Yitirdiyim mutluluk” və “Yalnızlık alın yazımdır” adlı iki kitabı çıxacaq və söz verib ki, mütləq həmin kitabların da imzalanmasının Amasyada da olmasına çalışacaq və imzası ilə onlara hədiyyə edəcək. Bundan məmnun olduqlarını deyən oxucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabları maraqla gözləyəcəklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm