Badamdarın su və kanalizasiya sistemi yenidən qurulur
Bizi izləyin

Qırmızı.az

Badamdarın su və kanalizasiya sistemi yenidən qurulur

“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədi ilə daha bir beynəlxalq layihənin icrasına başlayır.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə tender elan edilib. Bu layihə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur.

Layihəyə əsasən, Badamdar qəsəbəsində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 5,5 km uzunluğunda magistral su xətti çəkiləcək, 57 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 3 959 ünvana ev birləşməsi veriləcək. Yanğın təhlükəsizliyi məqsədilə qəsəbə ərazisində müxtəlif nöqtələrdə 210 ədəd yanğın hidrantı quraşdırılacaq.

Badamdar qəsəbəsinin kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi çərçivəsində 49,6 km kanalizasiya şəbəkəsi yaradılacaq, 3 km uzunluğuna kanalizasiya kollektoru inşa ediləcək. Yeni yaradılacaq kanalizasiya şəbəkəsinə 3 959 ünvan qoşulacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm