Masallıda çay məcradan çıxdı, yaşayış evlərini su basdı
Bizi izləyin

Qırmızı.az

Masallıda çay məcradan çıxdı, yaşayış evlərini su basdı

Masallıda çayın məcradan çıxması nəticəsində yaşayış evlərini su basıb.


Publika.az-ın DİN-nin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də intensiv yağmış yağışdan Masallı rayonunun Boradigah çayında suyun səviyyəsi qalxaraq məcrasından çıxıb. Kolatan, Babaser və Türkoba kəndlərində 20-25 həyətyanı torpaq sahəsində olan tikililəri su basıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm