Prokuror polisin bacısını oğurlamağa cəhd edən vəhhabilərə iş istədi
Bizi izləyin

Qırmızı.az

Prokuror polisin bacısını oğurlamağa cəhd edən vəhhabilərə iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.


Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror N.Nəcəfovun 8 il 6 ay, V.Məmmədovun 7 il, V.Məmmədovun isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.


Məhkəmə iclası dekabrın 2-də davam etdiriləcək.


Təqsirləndirilən şəxslər bu ilin yanvar ayında Cinayət Məcəlləsinin 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. İstintaq zamanı onlara Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də ittiham irəli sürülüb.


Belə ki, N.Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nügədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adıçəkilən qadının Quba rayon polis şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.


Qeyd edək ki, ittiham olunanlar vəhhabi kimi tanınan sələfi əqidəli insanlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm