Publika.az-ın əməkdaşı birinci oldu
Bizi izləyin

Qırmızı.az

Publika.az-ın əməkdaşı birinci oldu

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.

“Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə” mövzusunda keçirilmiş müsabiqəyə ailədə uşaqların hüquq və vəzifələrinin müəyyən edilməsi haqda, uşaqların ailə və ya ümumiyyətlə, müdafiə hüquqların həyata keçirilməsi ilə bağlı, valideyn və uşaqların aliment öhdəlikləri və alimentin miqdarının, ödənilmə mexanizminin təyin edilməsi, aliment ödənilmədikdə yaranan məsuliyyət, övladlığa götürmənin növləri və mexanizmi haqda və s. mövzulara həsr olunmuş təhlil xarakterli məqalələr qəbul edilib.

Məqalələr peşəkar ekspertlər tərəfindən qiymətləndirilib. Məqalələr arasında 3 yazı mükafatlandırılıb.

Birinci yerə Publika.az-ın redaktoru Könül Zərbalıyevanın “Onları bağışlamaq olarmı?” (http://publika.az/p/47742) yazısı layiq görülüb.

İkinci yeri “Modern.az” saytının əməkdaşı Günay Mustafayeva, üçüncü yeri isə “Mövqe.az” saytının əməkdaşı Zülfiyyə Quliyeva tutub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm