SON DƏQİQƏ: Körpüyə çıxan şəxsin intihara cəhd etməsinin səbəbi açıqlandı - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

SON DƏQİQƏ: Körpüyə çıxan şəxsin intihara cəhd etməsinin səbəbi açıqlandı - FOTO (YENİLƏNİB)

Bakıda bir nəfər intihar etmək məqsədilə metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüyə qalxıb.

Publika.az-ın hadisə yerində olan müxbirnin verdiyi məlumata görə, körpüdən özünü atmaq istəyən şəxs Bakı sakini Zamiq İbrahimovdur. Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub.

Hələ hadisə yerində müvafiq qurumların nümayəndələri yoxdur.

Hazırda yaxınlıqdakı insanlar həmin şəxsi intihar etmək fikrindən daşındırmağa çalışırlar.

Artıq nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

20:55

Hadisə yerində olan müxbirimiz xəbər verir ki, artıq Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və psixoloqları hadisə yerindədi. İntiharçını fikrindən daşındırmaq üçün danışıqlar aparılır. Eyni zamanda hər ehtimala qarşı hadisə yerinə təcili yardım maşını da çağırılıb.

21:00

Fövqəladə Hallar Nazirliyi xüsusi texnika ilə onu düşürməyə çalışsa da, hələlik yola gətirə bilmir. İntiharçı ona yaxınlaşan olarsa, özünü atacağını deyir.

21:05

Əməkdaşımızın verdiyi məlumata görə, körpüyə çıxan şəxs lüt soyunub. Hadisə yerinə onun anası dəvət olunub. FHN əməkdaşları isə aşağıda çadır tutublar.

21:13

Əməkdaşımız xəbər verir ki, intiharçının anası da hadisə yerinə gəlib. Oğlunu fikrindən daşındırmaq üçün dilə tutur.

21:18

Əməkdaşımız xəbər verir ki, xilasedicilərin Zamiqlə danışıqları bir nəticə verməyib. Ona görə də, körpüyə qaldırdığı kranı daha əlverişli yerə keçirərək onu xilas etmək üçün digər vasitələrə əl atacaq.

21:28

Əməkdaşımız xəbər verir ki, artıq Zamiq İbrahimov FHN-nin əməkdaşları tərəfindən xilas edildi. Onu sağ-salamt yerə düşürdülər.

21:36

Əməkdaşlarımızın son anda aldığı məlumata görə, Zamiq İbrahimovun qardaşını maşınla vuran yol polisi əməkdaşı olub. Polisin cəzalandırılmamasına etiraz edən İbrahimov diqqəti problemə yönəltmək üçün bu yola əl atıb. Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O, noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə Z..İbrahimovu körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.

Qeyd edək ki, körpünü mühfizə polisi qoruyur. Zamiq İbrahimovun polisin gözündən yayınaraq ora çıxdığı deyilir. Hadisə yerində olan Mühafizə Polisinin rəisi əməkdaşlarını diqqətsizliyə görə, ciddi töhmət edib.

.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm