Əli Əhmədov dini radikalizmin təsirindən danışdı
Bizi izləyin

Qırmızı.az

Əli Əhmədov dini radikalizmin təsirindən danışdı

“Bu gün yaşadığımız regionun ətrafında baş verən hadisələr fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərir və çox təəssüf ki, bu, İslam dini radikalizmi formasında bəşəriyyətə təqdim edilir”.

Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə milli mənəvi dəyərlərin qorunması mövzusunda keçirilən tədbirdə deyib.


Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın yaşlı vətəndaşları radikalizmin nə olduğunu, onun sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər: “Azərbaycanda dini radikalizm olmayıb, amma siyasi radikalizm Azərbaycana böyük ziyanlar gətirib. Bunu yaşlı nəsil daha yaxşı bilir. Radikalizm vətəndaş dialoqunu və cəmiyyətin normal inkişafını pozur. Azərbaycan cəmiyyəti bunun ölkəmizə hansı zərbələr vurduğunu yaxşı dərk edir”.


Baş nazirin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsi siyasi radikalizmə son qoyulmasına səbəb oldu və Azərbaycanın sabit inkişafının əsası qoyuldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm