• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Yenidən ailə qurmuşam, keçmiş həyat yoldaşım aliment ödəməlidirmi?“

“Yenidən ailə qurmuşam, keçmiş həyat yoldaşım aliment ödəməlidirmi?“

"Məsləhət oda"sında hüquqşünas Elçin Namazovla aliment barədə söhbət etdik.

- Aliment hüququ nədir?

- Aliment hüququ ehtiyacı olan şəxsin onu saxlamaq vəzifəsi olan şəxsdən maddi ödənc almaq hüququdur. Ailə Məcəlləsinə görə, boşanma zamanı məhkəmə ehtiyacı olan şəxsin saxlanması üçün öz təşəbbüsü ilə aliment təyin edə bilər. Lakin bu, mütləq norma deyil, yəni məhkəmə aliment təyin etməsə, qanunun tələbini pozmuş olmur.

- Tərəflər boşandıqda aliment hansı hallarda məcburidir?

- Boşanma zamanı uşaq kimin yanında qalırsa, həmin valideynin digərinə qarşı aliment tələbi irəli sürmək hüququ yaranır. Bundan başqa, boşanan tərəfin birinin yanında 3 yaşınadək uşağı varsa, həmin uşağa baxan valideyn həm uşaq, həm də özü üçün aliment tələb edə bilər.

- Alimentin könüllü verilməsi mümkündürmü?

- Aliment o vaxt məhkəmə qaydasında tutulur ki, valideynlər arasında uşağın saxlanması üçün razılıq olmur və ya onlar belə razılığa gələ bilmirlər. Ümumiyyətlə, Avropa ölkələrində alimentə dair mübahisələr bir qayda olaraq məhkəmədən kənar həll olunur.

Yəni tərəflər boşanmazdan əvvəl, boşanma zamanı, boşanmadan sonra aliment barədə razılığa gələ və ödəmə könüllü şəkildə həyata keçirilə bilər. Bundan başqa, nikah müqaviləsində gələcəkdə doğulacaq uşaqların saxlanması barədə razılaşma müddəasının olması da mümkündür.

- Aliment uşağın neçə yaşına qədər məcbiri hesab edilir?

- Uşaq 18 yaşına çatanadək aliment verilir. Uşağın yanında qaldığı ana növbəti dəfə ərə gedərsə, bu zaman ata aliment ödəməyə bilər.

- Alement üçün aylıq gəlirin nə qədəri verilməlidir?

- Adətən, bu sual daha çox soruşulur. Vətəndaşların məlumatı olsun ki, bir uşağa görə aylıq gəlirin dörddə biri, iki uşağa görə üçdə biri, 3 və ya daha çox uşağa görə aylıq gəlirin yarısı aliment qaydasında tutulur.

- Əgər tərəflər boşanıbsa və uşaq kişidə qalıbsa, kişi qadından aliment tələb edə bilər?

- Uşaq kimin yanında qalarsa o da aliment tələb edə bilər, o cümlədən ata. Əgər uşaq babanın, nənənin yanında qalırsa, onlar da aliment tələb edə bilər. Əgər övlad uşaq evinə verilərsə, onda uşaq evinin valideynlərə qarşı aliment iddiası qaldıramq hüququ var.

- Qanunvericilik hansı hallarda aliment tələbini ləğv edə bilər?

- Aliment ödənməsi aşağıdakı hallarda dayandırılır:

• Tərəflərdən biri öldükdə;

• Aliment ödənməsi barədə sazişin vaxtı başa çatdıqda;

• uşaq yetkinlik yaşına yetişdikdə və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə (16 yaşına çatan uşaq işlədikdə);

• aliment ödənilən uşaq övladlığa götürüldükdə;

• aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

• əmək qabiliyyətsiz və ya ehtiyacı olan aliment alanın yeni nikaha daxil olması zamanı.

Lalə Mehralı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR