Səlim Müslümov əlillərin problemlərindən danışıb
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov əlillərin problemlərindən danışıb

“Azərbaycanda əlilliyin qiymətləndirilməsində yeni qaydaların tətbiqinə ehtiyac var”.

Publika.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin qiymətləndirilməsi ilə bağlı bu gün keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.

Hazırda əlilliyin əsasən tibbi modelə uyğun qiymətləndirildiyini deyən nazir bu modeli biopsixoloji modellə dəyişmək lazım olduğunu bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 535 mindən çox əlil var. Onlardan 235 mini müvəqqəti, 300 mini isə daimidir.

“Əlil olan şəxslərin qiymətləndirilməsi yalnız əmək qabliyyətinin olmaması, xəsarət və xəsarətin dərəcəsi ilə müəyyən edilir. Lakin bu, belə olmamalıdır. Gözdən əlil sürücü kimi işləməyə bilər, amma müəllim kimi işləyə bilər. Bu sahədə əlilliyin mövcud qiymətləndirilməsi zamanı əlilin ümumi bacarığı qeyd olunmalıdır. Əlilliyin qiymətləndirilməsi üçün tibbi diaqnostika ilə yanaşı, iş və ev şəraiti və s. məsələlər də qeyd edilir. Əlil şəxslərin həm tibbi, həm də əmək bacarığı qiymətləndirilməlidir. Bu qiymətləndirmə ədalətli və qərəzsiz şəkildə aparılmalıdır. Hazırda bizdə qiymətləndirmənin əsas məqsədi əlillərə müavinətlərin verilməsidir. Lakin bu məsələdə ilk növbədə reabilitasiya nəzərə alınmalıdır”.

Əlillərin bir çox problemlərinin həll olunduğunu diqqətə çatdıran nazir onların bəzi problemlərinin hələ də qaldığını vurğulayıb.

Onun sözlərinə görə, inkuliziv təhsillə bağlı normativ hüquqi baza formalaşdırılmayıb. Bütün əlil uşaqlar tam təhsilə cəlb edilməyib. Ramanada Əlillərin peşə və rablitasiya mərkəzi var, amma bu, bütün əlilləri əhatə etməyib.

Yeni tikililərdə əlillərin sərbəst hərəkəti probleminə toxunan S.Müslümov bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə tələblər olsa da, heç də hər yerdə əlillər nəzərə alınmır. Hətta əlillərin səkilərdə də sərbəst hərəkəti üçün imkanlar məhdudlaşıb. Belə ki, əksər səkiləri avtomobillər zəbt edib.

Əlillərin işlə təminatı probleminə toxunan nazir qeyd edib ki, əlillərə münasib şərait yaradılsa, onlar rahat iş tapa bilərlər.

“Buna görə də əlilliyin qiymətləndirilməsinə ehtiyac var. Əlillərə müavinət verməzdən əvvəl işdə qalmalarına imkan yaradılmalıdır. Əlilliyi qiymətləndirərkən onun neçə faiz əmək qabliyyətinin olduğu nəzərə alınmalıdır”.

Əlilliyin qiymətləndirilməsi üçün Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyətindən danışan nazir bildirib ki, komissiyaların əsas vaxtı əlilliyin qiymətləndirilməsinə sərf edilir.

“Ölkədə 38 belə komissiya var. Əlillərin sayını nəzərə alanda bu komissiyaların fəaliyyətinin qənaətbəxş olmadığı görünür. Bu da saxtakarlığa yol açır və qiymətləndirmə saxta aparılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm