Vüsal Şilderi qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Bizi izləyin

Qırmızı.az

Vüsal Şilderi qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində alman vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçiriləcək prosesdə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə E. İsgəndərov 15 il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, istintaqın gəldiyi nəticəyə görə, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət V.Şilderi güdüb. 2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq, ona boyun və ürək nahiyəsindən zərbələr endirib.

Aldığı xəsarətlər nəticəsində V.Şilder dünyasını dəyişib. İki gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib.

Sözügedən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm