AMİP “vahid namizəd”lə bağlı sənəd hazırlayıb - EKSKLÜZİV
Bizi izləyin

Qırmızı.az

AMİP “vahid namizəd”lə bağlı sənəd hazırlayıb - EKSKLÜZİV

Milli İstiqlal Partiyası (AMİP) beş partiya liderinin görüşlərini 2013-cü il prezident seçkiləri qabağı koalisiya yaratmaq və vahid namizəd barədə razılaşmaq məqsədi ilə təşkil edib. Bu barədə Publika.Az-a AMİP-in baş katibi Arzuxan Əlizadə bildirib.

Onun sözlərinə görə, AMİP-in əsas məqsədi müxalifətdəki siyasi elitanı prezident seçkilərində bir araya gətirmək və ortaq qərarlar verə bilmək üçün razı salmaqdır: “Beş partiya sədrini bir yerə yığmaq beş dostu qonaqlığa dəvət etmək qədər asan deyil. Əgər bu görüş ikinci dəfə baş tutursa, deməli, bu istiqamətdə onların da marağı var. Biz hesab edirik ki, bu istiqamətdə irəliləyişlər ola bilər”.

Arzuxan Əlizadə qeyd edib ki, hazırda AMİP bir sənəd üzərində çalışır və burarda müxalifətin 2013-cü il üçün strategiyasına dair bir çox məqamlar yer alıb: “Partiya liderlərini tamam başqa bir şəxsin namizədliyinə razı salmaq istəyirik. Bu sənədi yaxın vaxtlarda müzakirəyə çıxaracağıq. Hələ ki, hər hansı şəxsin adı müzakirə mövzusu deyil. Lakin düşünürük ki, keçid dövrü üçün qeyri-siyasi şəxsin namizədliyi daha münasib sayıla bilər. O adam gərək cəmiyyət tərəfindən də qəbul olunsun”.

AMİP rəsmisi vurğulayıb ki, ilin sonu “vahid namizəd” məsələsi həll olunacaq.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm