Qırmızı.az
Kişilərin söyləməyə utandıqları vəziyyət
Türkiyədə aparılan araşdırmalara görə, kişilər qadınlardan 2 dəfə çox depressiyaya düşürlər. Bunun da səbəbi hormonal dəyişikliklərdir. Digər tərəfdən cəmiyyətdə kişinin depressiyaya düşməsi müsbət qarşılanmır. Bu geniş yayılmış steorotipdir. Psixoloqlardan başqa digər həkimlər bu dioqnozu qoymaqda yanılırlar.
Bu gün qadınların depressiya mövzusunda geniş müzakirələr açdıqları
halda, kişilər düşdükləri bu vəziyyəti bildirməkdən çəkinirlər.
Anadolu Sağlamlıq Mərkəzinin prixoloqu Aylin Sezer depressiyadakı
kişinin təhlükəli idman növünə, riskli əlaqələrə yönəldiyini deyir:
"Depresiya ağıla gələn ilk zəiflik hesab olunur və kişi bu
vəziyyəti özünə yaxın buraxmır. Cəmiyyətimizdə yayılan"kişi
ağlamaz, üzülməz"kimi fikirlər kişilərin depressiyada olduğunu
etiraf etməsinə və həkimə getməsinə mane olur. Kişi özünü pis hiss
edən zaman da ətrafından yardım istəmir. Bunun əvəzinə
ətrafdakılarla aqressiv davranır. Cəmiyyətdə əsəbi və gərgin
görünmək kişilər üçün qəbul edilən haldır".
Psixoloqun fikrincə, kişilərdə örtülü və yaxud gizli depressiya
müşahidə olunur: "Kişilər adətən əsəbi olduqları zaman, özlərinə
inanmadıqlarından riskli hərəkətlər etməyə başlayırlar. Ancaq bu
tip davranışlar son həddə çatdıqda kömək istəyirlər. Bu zaman
müalicə üçün gec olur və yaxşılaşma qadınlara nisbətən daha uzun
zaman alır".
A.Sezerin sözlərinə görə, depressiyaya düşən kişilər fiziki anlamda
yad qadınlara meyl edirlər: "Bundan başqa yüksək təzyiq, prostat
vəzinin xəstəliyi, başağrısı kimi narahatlıqların da səbəbi
depressiyadır. Depressiya kişilərdə ürək xəstəliklərini artırır və
bu xəstəlikdən ölmə hallarına daha çox rast gəlinir".
Nailə RÖVŞƏNQIZI
Publika.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu