• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Saxta diplom” qalmaqalı böyüyür

“Saxta diplom” qalmaqalı böyüyür

Martın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 1992-2011-ci illər arasında Azərbaycanda ali məktəblərə imtahan verən 1 milyon 978 min 226 nəfərdən 615582 nəfərin tələbə adını qazandığını, 22332 nəfərin isə TQDK-nın “qara bazası”na düşdüyünü söyləyərək, onların imtahan verməsələr də əllərində ali məktəblərin diplomları olduğunu vurğulayıb.


Mətbuatda “qara siyahı”ya düşən 22332 nəfərin saxta diplom alması barədə məlumatlar yer alsa da, Təhsil Nazirliyi bunu təkzib edir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Publika.Az-a acıqlamasında söyləyib ki, 22332 nəfərin TQDK-nın “qara siyahısı”na düşməsi, yəni dövlət qulluğuna imtahan verənlərin adlarının “Tələbə-Məzun”elektron sistemində tapılmaması həmin məzunların diplomunun saxta olmasına dəlalət etmir:

TQDK-dan rəsmi olaraq bildirdilər ki, Məleykə xanımın fikri mətbuatda təhrif olunub. Mətbuat bu məsələni şişirdib. TKDK-dan bizə bildirdilər ki, Məleykə Abbaszadə tədbirdə 22332 məzununun adının “qara siyahı”ya düşdüyünü, onların TQDK vasitəsilə ali məktəbə daxil olmadığını bildirib.

Bu fikir həmin məzunların diplomunun saxta olmasına dəlalət etmir. Çünki həmin dövrdə qanunvericilik başqa ölkələrin ali məktəblərindən Azərbaycanın ali təhsil müəssisələrinə köcürmələrin aparılmasına imkan verirdi. Bundan əlavə adları TQDK-nın məlumat sisteminə düşməyənlərin arasında xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xəti ilə yaxud öz hesablarına xaricdə təhsil alanlar da ola bilər.

2004-cü ilə qədər özəl ali məktəblər özləri də tələbə qəbulu aparıb. Onlar TQDK vasitəsilə ali məktəbə qəbul olunmadıqlarından, onların adlarının TQDK-nın siyahısına düşməməsi təbiidir. Heç kəs onların diplomunun saxta olduğu barədə fikir söyləyə bilməz”.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Publika.Az-a deyib ki, Məleykə Abbaszadə tədbirdə 22332 nəfərin TQDK vasitəsilə ali məktəbə daxil olmadığını, bu səbəbdən onların adlarının qurumun “qara siyahısına” düşdüyünü söyləyib: “Məleykə xanım saxta diplom adı çəkməyib. Biz deyə bilmərik ki, TQDK vasitəsilə ali məktəbə daxil olmayanların diplomu saxtadır, ya yox. Bunu araşdırmaq bizim işimiz deyil”.

Zülfiyyə Telmanqızı
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR