Qırmızı.az
Ruhəngiz Heydərova Koreya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədrini qəbul edib
Koreyanın Azərbaycanla Parlamentlərarası dostluq qrupun sədri Hvan Yon Çol və sədr müavini Honq Ci Man SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasını ziyarət ediblər.
Publika.az "Reporta" istinadən xəbər verir ki, görüş ilk olaraq SEBA Assosiasiyasının nəznində fəaliyyət göstərən Koreya Kyung Hee Universitetinin Şərq Təbabəti Klinikasına ziyarətlə başlayıb. Qonaqlar Klinikada koreyalı və yerli həkimlərlə, onların apardığı müayinə və müalicə üsulları ilə tanış olublar.
Daha sonra görüş SEBA Assosiasiyasında - Assosiasiyanın sədri Ruhəngiz Heydərova və əməkdaşları ilə birlikdə ümumi söhbət şəklində davam edib. Görüşdə tərəflər SEBA Assosiasiyasının yaranma ideyasından, Assosiasiyanın həyata keçirdiyi mədəni, elmi, xeyriyyə və digər tədbirlərdən söhbət açıblar, bu ilin oktyabr ayında Koreya Fondu ilə mədəniyyət sahəsində imzalanmış qarşılıqlı anlaşma memorandumu haqqında müzakirələr aparıblar. Eyni zamanda, görüş zamanı bu yaxınlarda Koreya Fondu, SEBA Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən birgə təşkil olunmuş Koreya Kino Festivalının uğurlarından danışılıb.
Koreya Parlament üzvləri Koreyanı, onun ümumilikdə mədəniyyətini, səhiyyəsini, təhsilini təmsil edən belə bir təşkilatın təsis olunduğu üçün Assosiasiyanın rəhbərliyinə minnətdarlıq ediblər.
Qeyd edək ki, Ruhəngiz Heydərova Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu