• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda nömrəni radardan gizlədən dərman satılır - VİDEO

Bakıda nömrəni radardan gizlədən dərman satılır - VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyada yol hərəkəti qaydasını pozan səhlənkar sürücülər məsuliyyətdən yayınmaq üçün hiyləyə əl atıblar. Bu üsulla maşının nömrəsi heç bir kamera tərəfindən tam görüntülənmir. Nömrə olan qismi görünməz düşür. Xüsusi rənglə rənglənmiş nömrələr dövlət qeydiyyat nişanının üzərinə yapışdırılır. Bundan sonra radara düşən avtomobilin nömrə nişanındakı rəqəmlər görünməz olur. Yəni, radarın «spişka»sı işıq saçdıqda həmin rəqəmlər işığı əks etdirir və kameraya düşmür.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakıda da bəzi sürücülər dövlət nömrə nişanına bu cür müdaxilələr edir. Amma bu videodakı kimi yox, bir qədər fərqli formada. Məlumata görə, bu işlə məşğul olan şəxslər var ki, onlar sürücülərə radara düşməyəcəklərinə dair tam zəmanət verirlər. Bu işin haqqı isə 50 manatdır. Xüsusi maye nömrəyə vurulur və heç bir radar həmin nömrəni oxuya bilmir. Yəni, sürücü qayda pozsa da, sürət həddini aşsa da, radar maşının fotosunu çəkir, lakin nömrə qeyd olunmur. Belə halda isə elektron protokol tərtib etmək mümkün deyil. Çünki elektron protokol yalnız nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı tanındıqdan sonra tərtib oluna bilir. Bu halda nömrə əsasında həmin avtomobil və onun sürücüsünə aid bütün məlumatlar əldə olunur və onların hamısı elektron protokolda əksini tapır. Nömrə oxunmadıqda isə protokol yazılmır. Eyni qayda, çirkli vəziyyətdə olan dövlət nömrə nişanlı avtomobillərə də aiddir. Nömrə çirkli olduğu üçün radarlar, kameralar onu oxuya bilmir və qayda pozuntusu törədilmiş olsa belə, qeydə alınmır.

Məlumatda o da bildirilir ki, Bakıda gizli qaydada dövlət nömrə nişanlarına xüsusi mayeni vuranlar sürücünü bəri başdan xəbərdar edir ki, avtomobil yuyularkən «napor»a salmaq olmaz. Çünki nömrəyə vurulan maye maşın 4 dəfə bu üsulla yuyulduqda suyun təzyiqi nəticəsində keyfiyyətini itirir və nömrə oxunur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun Avtosfer.az-a bildirdiyinə görə, qeyd olunan hal Azərbaycanda keçərli deyil. Çünki artıq ölkəmizdə quraşdırılan radar və kameralar sürət rejimini pozan və ya digər xətalar törədən avtomobillərin nömrələrini rahat oxuya bilir: «İndiki radarlar «spişka»sız da çəkir. Ona görə də nömrəyə hansısa müdaxilə edilsə də, kameralar onu qeydə alacaq. Lakin məlumat üçün bildirirəm ki, dövlət nömrə nişanına bu cür üsuallarla müdaxilə edən sürücüləri ağır cəza gözləyir. Yaxşı olar ki, sürücülər bu əməllərdən çəkinsinlər. Qayda pozmayan sürücü radara düşmür».

Avtosfer.az bu istiqamətdə araşdırmaları davam etdirir. Əldə etdiyimiz ilkin məlumatlara görə, Azərbaycanda saça və dırnaqlara vurulan şəffaf lakdan istifadə etmək yolu də dövlət qeydiyyat nişanını görünməz hala salan sürücülər var. Daha doğrusu, bu mayenin təsiri ilə nömrə işıqqayarıcı funksiyanı itirir və xüsusən də qaranlıqda nömrə oxunmur. Bu da həmin sürücülərin kameraların qarşısında istədikləri qayda pozuntusu törətməsinə şərait yaradır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR