• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycan vətəndaşlarına dönər xəbərdarlığı

Azərbaycan vətəndaşlarına dönər xəbərdarlığı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tez qidalanma obyektlərinin işində ciddi pozuntular aşkar edib.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə SPMDK-nın sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, söhbət ölmüş heyvan ətindən istifadənin qeydə alındığı bəzi dönərxanalardan gedir: "Monitorinq keçirməyi tapşırdıq. Dönər üçün ətin kustar üsulla deyil, müəssisələrdə hazırlanmasının tərəfdarıyıq. Həmin ət müvafiq yoxlamalardan sonra dönərxanalara çatdırılmalıdır. Dönər üçün ət hazırlanarkən təhlükəsizlik normalarına riayət edilməlidir".

Ölkədə istehsal edilən kolbasa məhsullarının keyfiyyətinə gəlincə, R.Həsənov qeyd edib ki, SMPDK bu məhsulların bəzi növlərinin keyfiyyətini təsdiq edən bir neçə serfikat verib: "Sertifikat almaq üçün müraciətlərin sayı 30-u ötür. Hazırda tələb olunan standartlara cavab verən məhsul yoxdur və buna görə də belə sertifikatlar vermirik. Bu yaxınlarda məhsulun etiketində "Halal" yazısının olması halı qeydə alınıb. Məhsul istehsalçısı sertifikat almaq üçün Dövlət Komitəsinə artıq müraciət edib, lakin ona sertifikat verilməyib. Müvafiq olaraq, onun məhsulun "Halal" olmasını göstərməyə haqqı yoxdur, çünki sertifikatı yoxdur. Monitorinqlər davam edəcək. Sertifikatlara etimadın olması üçün onlara ciddi yanaşmağı tapşırmışam".

SMPDK sədri əlavə edib ki, şadlıq evlərinin monitorinqinə başlanılıb: "Monitorinqlər Bakı və rayonlarda aparılacaq. Bununla əlaqədar Dövlət Komitəsi səyyar laboratoriya alıb. Bu məqsədlə təqribən 500 min manat xərclənib. Laboratoriya istənilən məhsulun analizini aparmaq, hətta mətbəxdə havanın tərkibini yoxlamaq iqtidarındadır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR