Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq

Bu gün axşam paytaxtın Heydər Əliyev prospektinin köməkçi hissəsi bağlanacaq.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyük Şor, yəni metronun “Koroğlu” stansiyasının yanındakı yol qovşağından “Bazarstore”un yanındakı yol qovşağına qədər olan köməkçi hissəsində hərəkət tam məhdudlaşdırılacaq.

Bu ərəfədə yolda üfüqi nişanlanma (xətlənmə) işləri aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm