Elgizin verilişinin ekspertini güllələdilər - FOTOFAKT
Bizi izləyin

Qırmızı.az

Elgizin verilişinin ekspertini güllələdilər - FOTOFAKT

Tanınmış hüquq müdafiəçisi, Sosial Hüquqların Monitorinq Qrupunun və Türk Dünyası Problemləri İnstitutunun rəhbəri Azad İsgəndərliyə qarşı sui-qəsd edilib.

Publika.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı şəhərində, Babək prospektində yerləşən “Sərin” şadlıq evinin önündə baş verib. Azad İsgəndərli toy mərasimindən çıxarkən ona hərəkətdə olan BMV avtomobilindən "Vinçester” markalı silahdan iki dəfə atəş açılıb. Atəş açıldığını görən İsgəndərli aşağı əyilib. Hüquq müdafiəçisinin yaxınlarını verdiyi məlumata görə, onun avtomobilinə ciddi ziyan dəysə də, QHT sədri heç bir xəsarət almayıb:

“Azad bəy heç bir xəsarət almayıb. Ağır şəkər xəstəsi olduğundan şəkəri qalxıb, hazırda Şirvan şəhərindədir”.

Hüquq müdafiəçisinin özü isə baş verənlər barədə ətraflı danışmaq istəməyib. Bildirib ki, həkim müayinəsi bitdikdən sonra hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcək.


Qeyd edək ki, Azad İsgəndərli bir sıra proqramlarda, o cümlədən ANS-də Elgiz Əkbərin aparıcılılğı ilə yayımlanan “Adam içində” verilişində ekspert qismində çıxışlar edib.



İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm