Qırmızı.az
SOCAR-dan 75 milyonluq bina ilə bağlı AÇIQLAMA
Türkiyənin ən böyük xarici investorlarından olan “SOCAR Türkiyə” sürətlə böyüyən şirkətlərini vahid mərkəzdə toplamaq məqsədi ilə yanvarın 6-da İstanbulun yeni yaşayış və iş mərkəzi ‘Vadistanbul’da sahəsi 19 min kvadratmetr olan bir blokun satın alınması haqqında müqavilə imzalayıb.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Publika.az-a
verilən məlumata görə, sənədə əsasən, yeni bina 2016-cı ilin
martında təhvil veriləcək, bundan qısa müddət sonra isə “SOCAR
Türkiyə” özünün yeni mərkəzinə köçəcək.
“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz imzalanma
mərasimində deyib ki, Türkiyədə 20 mlrd. dollarlıq investisiya
portfelini idarə edən və sürətlə böyüyən şirkətin ehtiyaclarını
təmin edə biləcək mərkəzi idarəetmə binası üçün seçim apararkən
onlar yalnız bu günü deyil, sabahı da düşünərək hərəkət ediblər:
“Gələcəkdəki ehtiyaclarımızı da planlaşdıraraq “Vadistanbul
Bulvar”ı seçdik. Hazırki ofisimiz şirkətimizin ehtiyaclarını ödəmək
üçün yetərsiz olduğundan müxtəlif binalarda kirayənişin kimi həyata
keçirdiyimiz fəaliyyətləri vahid mərkəzdə toplamaqla məsrəfləri
azaltmaq, məhsuldarlığı artırmaq niyyətindəyik”.
O bildirib ki, yeni binanı “Odeabank” ilə iki il ödəniş
aparmamaq şərti ilə 10 il müddətinə götürülən kredit hesabına
maliyyələşdiriliəcək: “Bu kredit əlverişli olmaqla yanaşı, SOCAR-ın
Türkiyədə icra etdiyi layihələrə bəslənilən yüksək etimadın
göstəricisidir. Layihələrimiz sürətlə irəliləyərkən,
şirkətlərimizin bütün funksiyalarının eyni mərkəzdə birləşdirməyin
faydalı olacağına inanırıq. Etdiyimiz bu yatırımı əməkçilərin
motivasiyasını yüksəldəcək bir vasitə olaraq görürük”.
Mərasimdə vurğulanıb ki, “SOCAR Türkiyə” İstanbulun Ayazağa səmtində həyata keçirilən “Vadistanbul Bulvar” layihəsinə daxil olan 19 min kvadratmetrlik bloku “Odeabank” ilə imzaladığı 2 ili ödənişsiz olmaqla 10 illik kredit müqaviləsi çərçivəsində 75 mln. dollara satın alıb.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan