“28 May” metrosu bağlanacaq
Bizi izləyin

Qırmızı.az

“28 May” metrosu bağlanacaq

“28 May” metrosu yenidən bağlanacaq.

Bu barədə Publika.az-a Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Fransa şirkətilə müqavilə bağlandığını deyən N. Paşayevin sözlərinə görə, hazırda stansiyanın çıxışı müvəqqəti olaraq istifadədir : “28 May” metrostansiyasında iki xəttin ayrılmasıyla bağlı hər birinin uzunluğu 100 metr olmaqla iki tunel tikiləcək. Tunel tikiləndə həmin ərazi hasarlanacaq. Yalnız bu tunellər tikilib başa çatandan sonra ərazi tamamilə açılacaq”.

Hazırda çıxış üçün eskalatorun işləməsinin insanların rahat hərəkəti və sıxlıq yaranmaması üçün açıldığını deyən N. Paşayevin sözlərinə görə, ərazidə tikinti gedəndə ora bağlanacaq. Bunun isə nə vaxt olacağı bilinmir.

Qeyd edək ki, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyalaı arası) “28 may” stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin birbirindən ayrılması eyni zamanda qatarlar arası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçəri şəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu, özünü “28 may” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.

Onu da qeyd edək ki, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçəri Şəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 may” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm