Sarkisyanın cinayətkar kimi tanınması üçün petisiya təqdim olundu
Bizi izləyin

Qırmızı.az

Sarkisyanın cinayətkar kimi tanınması üçün petisiya təqdim olundu

Bu gün Bakıda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun mətbuat konfransı olub.

Publika.az-ın məlumatına görə, tədbirdə İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasının təqdimatı olub.

Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bildirib ki, 20 Yanvar hadisələri ilə bağlı keçirilən tədbirdə belə bir İşçi Qrupun yaradılması qərara alınıb. Onun sözlərinə görə, İşçi Qrup əsasən 20 Yanvar faciəsinin və Sarkisyanın hərbi cinayətkar kimi tanınması ilə bağlı imza toplama kampaniyası həyata keçirəcək: “Məqsəd bu məsələlərin daim diqqət mərkəzində saxlanılmasıdır. Eyni zamanda, bu imza toplama kampaniyası informasiya müharibəsi zamanı təzyiq kimi həyata keçiriləcək. Bununla əlaqədar olaraq, abbas.org saytında kampaniyaya start veriləcək”.

Azərbaycan Demokratik Gənclər Təşkilatının sədri Asif Əsgərli deyib ki, bu işə QHT-lərin xarici tərəfdaşları da cəlb ediləcək: “Bunun üçün əcnəbilər də imza toplama kampaniyasına cəlb ediləcəklər. Bir sıra şəxslər var ki, onlar dünyada hərbi cinayətkar kimi tanınır və biz Sarkisyanın da hərbi cinayətkar kimi tanınmasına çalışacağıq. Bunun üçün xaricdə olan tərəfdaşlarımızın prosesdə iştirakı və dəstəyinə ehtiyac var”.

Ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, cinayətləri tanıtdırmaq üçün faktlar toplanılmalıdır. Onun sözlərinə görə, hazırlanmış hüquqi sənədlər imza toplama kampaniyası zamanı daha böyük effekt göstərəcək: “Bu məsələdə Türkiyəni də unutmayın. Orada elə insanlar var ki, dəstək verərək bütün Türkiyəni ayağa qaldıra bilərlər”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, əsas məqsəd dünyanın diqqətini Azərbaycanın qarşılaşdığı problemlərə, həqiqətlərə yönəltməkdir. Onun sözlərinə görə, bu, bir millət olaraq həm 60 milyonluq azərbaycanlılar üçün sınaqdır: “Onlar da bu işlərə cəlb edilməlidir və onların potensialından istifadə etməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm