Qırmızı.az
Lənkəranda amansız cinayətin təfərrüatı
Lənkəranda mağazası yandırılan və bir neçə gün sonra həmkəndlisi tərəfindən avtomobillə vurulan Kamil Rzayevin vəziyyəti ağırdır.
Kərgəlan kəndində Rahim İbadovla Kamil Rzayev arasında davanın təfərrüatını Axar.az-a bölgədən deyiblər. Bildirilib ki, avtomobillərin ehtiyat hissələrini satan Rzayevdən İbadov nisyə təkər almaq istəyib.
Dükan sahibi ona nisyə mal verməkdən imtina edib və mağazada mübahisə yaranıb. Bundan sonra obyekt sahibi kəndlisini qovub. Bu hadisədən hiddətlənən İbadov gecə saatlarında onun mağazasını yandırıb. Bir neçə gün sonra hirsi soyumayan 29 yaşlı gənc 48 yaşlı yerlisini idarə etdiyi maşınla vurub. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin müayinə zamanı Kamil Rzayevə qapalı kəllə-beyin travması, sağ baldır sümüklərinin orta üçdə bir hissəsinin yer dəyişmiş çox qəlpəli açıq sınıqları, sağ qolunun və bel nahiyəsinin əzilməsi diaqnozu qoyularaq əməliyyat olunub. Hazırda yaralının vəziyyəti ağırdır.
Yaralı və qardaşı Qəhrəman Rzayev deyib ki, Kamil öz maşınına oturarkən Rahim İbadov avtomobili bilərəkdən onun üzərinə sürərək ölümcül hala salıb.
Mağaza sahibi qəsdən törədilən yanğın nəticəsində ona 30 min manat dəyərində maddi ziyanın dəydiyini iddia etmişdi. R.İbadovun ifadəsi alınıb və sərbəst buraxılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR