Qırmızı.az
Daşınmaz əmlak sənədləri yeni ünvan sisteminə uyğunlaşdırılacaq
Küçələrin adlarının dəyişdirilməsi vətəndaşlarda narahatlıq doğurmamalıdır.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Əmlak Məsələləri Komitəsi sədrinin müavini Rüstəm Şahbazov bildirib.
Onun sözlərinə görə, köhnə ünvan bazası Komitə tərəfindən yaradılan ünvan informasiya reyestrinə daxil ediləcək və köhnə ünvanlar haqqında informasiya reyestrin məlumat bazasında göstəriləcək: "Bu məsələ bu gün çoxlarını narahat edir. Lakin narahatlıq üçün əsas yoxdur, çünki bu gün yaradılan ünvan reyestri sistemi daşınmaz əmlakların köhnə ünvanlarını müəyyən etməyə imkan verəcək".
R.Şahbazov deyib ki, yeni ünvan sisteminin tətbiqi poçt yollamalarına və məktublaşmalara təsir etməyəcək.
O qeyd edib ki, onlar üzərlərində yeni ünvan göstərildiyi halda ünvana çatdırılacaqlar, çünki sistemdə hər iki ünvan bir-biri ilə bağlı olacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu