Anasını öldürən oğul tutuldu
Bizi izləyin

Qırmızı.az

Anasını öldürən oğul tutuldu

Bakıda anasının qətlində şübhəli bilinən 23 yaşlı gənc tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fevralın 3-də axşam saatlarında Ə.Vahid küçəsində yerləşən modalar evində dərzi işləyən 1967-ci il təvəllüdlü Sevinc Əliyeva qətlə yetirilib.

Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Qusar rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən, mərhumun oğlu, Bakı şəhər sakini, borclu kimi axtarışda olan, 1992-ci il təvəllüdlü Elnur Əliyev Qusar sərhəd-keçid məntəqəsində müəyyən olunaraq tutulub.

Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm