Qırmızı.az
Qəbələnin yüzmininci sakini dünyaya gəlib
Qəbələ rayonunun yüz mininci sakini dünyaya gəlib.
AzərTAc-ın verdiyi məlumata görə, rayonun Mirzəbəyli kəndinin sakinləri Samid və Seyranə Kərimovların ailələrində ikinci övlad dünyaya gəlib. Lakin gənc ailə yeni doğulan körpənin rayonun yüz mininci sakini olduğunu bilmirdi. Bu xoş xəbəri ailəyə rayon statistika idarəsi çatdırıb.
Qəbələ Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri, KİV əməkdaşları Rayon Mərkəzi Xəstəxanasına gələrək Kərimovlar ailəsinin sevincinə şərik olmuşlar. Yüz mininci sakinin anası Seyranə Kərimova özünü xoşbəxt hesab etdiyini və bu şərəfin onun övladına nəsib olması ilə qürur duyduğunu bildirib, xəstəxanada müayinə və müalicə olunanlara çox böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən Seyranə Kərimova rayonun yüz mininci sakini olan övladının adını Azərbaycan Prezidentinin şərəfinə İlham qoyduqlarını deyib.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova gənc ananı təbrik edərək ona gül dəstəsi və xatirə hədiyyələri təqdim ediblər. Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Telli Babayeva Qəbələnin yüz mininci sakininin sağlam, çəkisinin və boyunun normaya uyğun olduğunu bildirib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu