Əlixan Musayev İŞİD-ə dəstək verməsindən danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Əlixan Musayev İŞİD-ə dəstək verməsindən danışdı - VİDEO

Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayev özü haqda ittihamlara cavab verib.

Axar.az-ın xəbərinə görə, Yutub sosial şəbəkəsində yayılan çıxışında Ə.Musayev “İslam dövləti” terror qruplaşmasına silah və pul yardımı etməsi haqda səslənən fikirlərə münasibət bildirib. Bakıda vəhhabilərin radikal qanadının lideri kimi təqdim edilən Ə.Musayev yazılanları cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, bu məlumatı yayanlar qeyri-ciddi adamlardır və redaksiyalara göndərilən anonim məktublar araşdırılmadan çap olunub.

“Kütləvi informasiya vasitələrində xəbərlər “guya” üzərində qurulur. Mənim kiməsə maliyyə dəstəyi, harasa silah göndərməyim barədə deyilənlərin hamısı cəfəngiyyatdır. Cəfəngiyyatın sübutu budur ki, anonim məktublar araşdırılmadan yazılırsa, deməli, qeyri-ciddilikdir. Onlar cəmiyyətdə, məmləkətdə Azərbaycan vətəndaşını gözdən salmağa çalışır.

Düşməni sevindirən adamdan nəciblik gözləmək olarmı? İŞİD-ə qoşulmağa gəlincə, peyğəmbər buyurub ki, hər hansı dəstənin səhvini bildirmək istəyəndə gərək ad çəkilməsin. Ancaq elə halla üzləşirsən ki, adam haqda nahaq sözlər danışırlar”.

Ə.Musayev geniş çıxışında qeyd edib ki, islam alimləri bu qruplaşmaları dəstəkləmir və tənqid edirlər:

“Müsəlmanların bir qismi bu dəstəni mömin sayır, etdiklərini cihad hesab edir. Ancaq digər qismi terrorçu adlandırır. Hamısı ordan-burdan eşitməyin nəticəsidir.

Allahdan qorxan mömin bu halda necə hərəkət etməlidir? Bu məsələdə doğru qərar vermək, düz yol tutmaq üçün Allahın kitabına və peyğəmbərin hədislərinə baxılmalıdır. Bilənlərdən öyrənməliyik”.

Ə.Musayev çıxışın sonunda Azərbaycana və başqa müsəlman ölkələrinə əmin-amanlıq arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm