Rezidenturaya ərizə qəbulu başladı
Bizi izləyin

Qırmızı.az

Rezidenturaya ərizə qəbulu başladı

Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsilə fevralın 16-dan 23-dək aparılacaq.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur.

Namizədlər “Namizədin elektron ərizəsi” formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh, Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da doldurur və təsdiq etdirirlər.

Ali təhsil müəssisələrini xarici ölkələrdə bitirən Azərbaycan Respublikasının vətəndaşları ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da təsdiq etdirirlər.

Rezudenturaya qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış (Ünvan: Bakı şəh., Yasamal r-nu, M.Müşfiq küç. 1A) SQK-da təsdiq etdirirlər.


Namizədlər ərizələrini təsdiq etdirmək üçün 2015-ci il fevralın 16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın birinci mərhələsi 2015-ci il martın 15-də, ikinci mərhələsi 2015-ci il iyulun 7-də keçiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm