Qırmızı.az
Sabir Fondundan maraqlı təklif: sabah hamı milli geyimdə olacaq
Fevralın 21-də II Mövsümi turizm Yarmarkası keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyasının təqdim etdiyi və 8 saat davam edəcək bu böyük tədbir proqramına Mirzə Ələkbər Sabir Fondu maraqlı bir təkliflə qatılıb.
Dahi şairin adını daşıyan Fondun təklifi ilə mənəvi dəyərlərimizin daha bir gözəl nümunəsi olan milli geyimimizin təbliği də qeyd edilən tədbirin mövzuları sırasına daxil edilib.
Fondun prezidenti Sevda Tahirlinin verdiyi məlumata görə, təşkilatçıların və dəvət almış qonaqların da milli geyimdə qatılacaqları bu tədbirin əsas məqsədi milli geyimimizin təbliği, cəmiyyətimizin, xüsusilə də gənclərimizin milli dəyərlərimizə bağlılığının möhkəmlənməsi, ona sevgisinin daha da dərinləşməsini aşılamağa xidmət edir.
7 təqdimat blokundan ibarət olan sabahkı tədbirin 1 saatlıq bloku Mirzə ƏIəkbər Sabir fondu üçün ayrılıb. Bu blokda milli dilimiz və milli geyimimizlə bağlı söhbətlər ediləcək, müxtəlif musiqi nömrələri təqdim olunacaq, ana dilimizlə bağlı müsabiqələr, əyləncəli viktorinalar keçiriləcək, qaliblər mükafatlandırılacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR