• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tarsus bələdiyyəsi ərazisində "Qarabağ" parkı açıla bilər

Tarsus bələdiyyəsi ərazisində "Qarabağ" parkı açıla bilər

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Tarsus bələdiyyə başqanı Şevket Canla görüşüb.

Publika.az-ın məlumatına görə, gorüş zamanı millət vəkili Qənirə Paşayeva Tarsusda Azərbaycan adının daşıyan küçənin, Bakının Xətai rayonu ilə Tarsusun qardaş bələdiyyələr olmasının əhəmiyyətindən danışaraq əməkdaşlığımız daha da genişlənməlidir deyib.

Şevket Canın hər zaman Azərbaycana böyük sevgi və Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna xüsusi duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Tarsus bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Tarsusun mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına və Tarsus Bələdiyyəsinin Xocalı Soyqırımını tanıyacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Tarsus bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Tarsus bələdiyyə başqanı Şevket Can Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Tarsus bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyib.

Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclıərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Tarsusda bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib.

Bu cür konfransların vacibliyinə toxunan Tarsus bələdiyyə başqanı Şevket Can bildirib ki, gənclərimizin erməni yalanların qarşısının alınması və Qarabağ həqiqətlərinin daha çox yayılması istiqamətində rolunu artırmaq üçün bu cür müzakirələr çox önəmlidir.

Millət vəkili Tarsus bələdiyyə başqanı Şevket Can Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onu ölkəmizə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Tarsus bələdiyyə başqanı Şevket Can Azərbaycana məmuniyyətlə səfər etmək istədiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Tarsus bələdiyyə başqanı Şevket Cana həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə edib.

O da millət vəkilinə Tarsusun tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR