• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Astarada kişi arvadının cinsiyyət orqanını kəsdi – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Astarada kişi arvadının cinsiyyət orqanını kəsdi – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Ordubad rayon sakini, 1980-ci il təvəllüdlü Rahil Fərəcov qeyri-rəsmi yaşadığı Nəzakət Qurbanovaya (zərərçəkmişin və onun qohumlarının adı və soyadı şərtidir – red.) dəhşətli işgəncə verib.

Publika.az xəbər verir ki, hadisə Astara şəhəri, Ziya Bunyadov küçəsi, 240 saylı fərdi yaşayış evlərindən birində baş verib.

Başqa bir kişi ilə münasibət quran Nəzakət Qurbanova ilə Rahil Fərəcovun arasında mübahisə yaranıb. O, evə gec gələn Nəzakəti cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə götürdüyü bıcaqla əvvəlcə Nəzakətə yüngül xəsarət yetirib və daha sonra qadının cinsiyyət orqanını kəsib.

“Yaşadığım ev qayınanamın adına olub”

Rahil Fərəcov Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Astara rayon Məhkəməsinə göndərilib.

Hakim Mübariz İsfəndiyarovun sədrliyi ilə keçirilən prosesdə Rahil Fərəcov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. R.Fərəcov bildirib ki, müvəqqəti olaraq Bakı şəhərində Sabunçu qəsəbəsi, İnqilab küçəsi, ev № 2-də yaşayır: “Yaşadığım ev qayınanam Nailə Manafovanın adına olub. 2005-ci ildə ailə qurmuşam, həmin nikahdan bir 4 yaşlı qızım var. Arvadım Könül Manafova 2011-ci ildə vəfat edib”.

“Nəzakətin başqası ilə gəzməsi mənə məlum olub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ildən Astara şəhərində yaşayan Nəzakət Qurbanova ilə telefon vasitəsi ilə tanış olub: “2012-ci ilin aprel ayında Astara şəhərinə gəlmişəm. Həmin gündən Nəzakətlə tanış olub onunla birlikdə yaşamağa başlamışam. Əvvəllər münasibətlərimiz yaxşı olub. Sonradan Nəzakətin başqası ilə gəzdiyi mənə məlum olub. Həmçinin Nəzakət tez-tez evdən qaçırdı”.

“Məndən polisə şikayət edib”

Rahil Fərəcov qeyd edib ki, 26 oktyabr 2012-ci il tarixdə Bakıda olub və həmin gün yenidən Astara şəhərinə qayıdıb: “Həmin gün saat 15.00-da evə çatdım. Evə girəndə Nəzakətin anası dedi ki, qızı yenə də evdən qaçıb və sonra yenidən qayıdaraq otaqda yatıb. Otağa daxil olanda Nəzakət ayağa qalxdı. Həmin vaxt Nəzakətin əlində bıçaq vardı, Nəzakətdən yenə də hara getdiyini soruşdum. Nəzakət isə dedi ki, yaxşı eləyib, getmişəm. Onun əlindən bıçağı aldım və qayınanam Nənəşə verdim. Bir müddətdən sonra otağa daxil olduqda gördüm ki, yenə də Nəzakətin əlində balaca bir bıçaq var. Həmin vaxt anası Nənəş qızının əlindən tutub, bıçağı almaq istədi. Lakin Nəzakət anasını itələyərək özündən araladı. Onun əlindən bıçağı almaq istədim. Bu zaman bıçaq Nəzakətin sol bud nahiyəsinə dəydi. Nəticədə Nəzakət xəsarət aldı. Sonra onun xəsarət aldığı yeri bağladım və ona tibbi yardım göstərdim. Həmin günü evdə qaldıq. Səhərisi gün yuxudan ayılanda Nəzakətin evdə olmadığını gördüm. Qayınanamla birlikdə Nəzakəti axtarsaq da, tapa bilmədik. Sonradan mənə məlum oldu ki, Nəzakət məndən polisə şikayət edib”.

“Rahil bıçaqla cinsiyyət orqanıma zərbə vurdu”

Zərərçəkmiş Nəzakət Qurbanova bildirib ki, 2012-ci ilin may ayında Rahil Fərəcovla tanış olub və həmin ayın 27-də isə onunla qeyri-rəsmi ailə quraraq, valideyninin evində yaşayıb: “Ailə qurduqdan bir müddət sonra münasibətlərimiz pozuldu. Rahil Fərəcovdan ayrılmaq fikrinə düşdüm. Hər dəfə Rahil ilə aramda mübahisəmiz olurdu. Bu zaman ona ayrılmaq istədiyimi bildirdim. Oktyabrın 26-da yaşadığım evdə olduğum zaman Rahil ilə aramızda yenidən mübahisə yarandı. Rahil əvvəlcə məni nalayiq söyüşlərlə söydü. Sonra masanın üstündəki meyvəqabını götürüb başıma çırpdı. Rahilin əlindən çıxaraq qaçmaq istədim. Amma o, məni tutaraq çarpayının üstünə yıxdı və bıçaqla cinsiyyət orqanıma zərbə vurdu. Həmin vaxt anam bizi ayırdı. Buna baxmayaraq, Rahil məni döyməyə davam etdi. Yalnız bədənimdən qan axdığını görəndən sonra sakitləşdi. Rahil heç nə olmamış kimi həyətə düşdü. Anam təcili tibbi yardım həkimlərini çağırmaq istədi. Amma Rahil buna imkan vermədi. Səhərisi gizlicə evdən çıxıb, Astara rayon polis şöbəsinə gəldim və bıçaqla vurulmağım barədə şikayət yazdım. Polisə müraciət etdikdən sonra Astara rayon mərkəzi xəstəxanasına getdim, orada tibbi yardım aldıqdan sonra yaşadığım evə qayıtdım. Evə qayıdanda Rahili görmədim. Anamdan Rahilin harada olmasını soruşdum. Anam dedi ki, polisə getməyimi bilib və paltarlarını yığışdıraraq evdən qaçıb”.

Zərərçəkmiş, hakimdən Rahil Fərəcovun barəsində tədbir görülməsini xahiş edib. Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Rahil Fərəcov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Rahil Fərəcov məhkəmənin hökmündən narazı qalıb və apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, Astara rayon Məhkəməsinin çıxardığı hökm ədalətsizdir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 128-ci maddə ilə olunan ittiham nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Rahil Fərəcovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Ələsgər Novruzovun icraatına verilib. Apelyasiya şikayətinin dəlillərini müzakirə edən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Rahil Fərəcovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR