Bu icra hakimiyyətlərində çalışan dövlət qulluqçularından şikayət var
Bizi izləyin

Qırmızı.az

Bu icra hakimiyyətlərində çalışan dövlət qulluqçularından şikayət var

2014-cü ildə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı 90 nəfər dövlət qulluqçusu tənbeh edilib. Dövlət qulluqçularına tətbiq edilmiş 90 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, ən çox qayda pozuntusu Ağstafa rayonu üzrə olub.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 25, Beyləqan üzrə 19, Biləsuvar üzrə 10, Şəki üzrə 5, Binəqədi üzrə 4, Ağcabədi üzrə 4, Salyan üzrə 4, Qax üzrə 3, İsmayıllı üzrə 3, Masallı üzrə 3, Qazax üzrə 2, Neftçala üzrə 2, Lerik üzrə 2, Zaqatala üzrə – 1, Zəngilan üzrə 1, Siyəzən üzrə 1, Qobustan üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 90 intizam tənbeh tədbirindən 85-i töhmət, 5-i dövlət qulluğundan azad edilmə olub.

Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 4-cü (vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 1, 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 44, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 1, 9-cu (mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 4, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 37, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 3 intizam tənbeh tədbiri tətbiq edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm