Qırmızı.az
Əlili avtobusa mindirməyən sürücü işdən çıxarıldı - VİDEO
Bakıda fiziki qüsurlu şəxsi avtobusa mindirməyən sürücü işdən qovulub.
Avtobusun malik olduğu “Xaliq Faiqoğlu” MMC şirkətindən Oxu.Az-a
bildiriblər ki, 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319
dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov
fiziki qüsurlu şəxsi gördükdən sonra avtobusu dayandırmadığı üçün
işdən qovulub.
Şirkətdən bildirilənə görə, dünən fiziki qüsurlu bir vətəndaş
bir neçə avtobusa minmək istəyib.
Avtobus sürücüləri əlillər üçün nəzərdə tutulan xüsusi pandusu
açıb sərnişinlərin köməyi ilə fiziki qüsurlu şəxsə kömək
göstərib.
Həmin vətəndaş avtobusa minərkən yanındakı dostu hadisəni lentə
almağa başlayıb. Eyni cütlük 10-15 avtobusda belə bir müşahidə
aparıb.
Müşahidə zamanı 65 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 319
dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən Eynulla Həşimov
isə məsuliyyətsiz davranaraq fiziki qüsurlu şəxsi görüb, sonra
avtobusu dayandırmayıb. Şirkətdən həmin məsuliyyətsiz sürücünün
işdən qovulduğu bildirilib.
Şirkətdən onu da bildiriblər ki, bununla bağlı avtobus
sürücülərinə mütəmadi olaraq təlimlər keçirilir. Avtobuslarda
əlillər üçün xüsusi pandus var, bu fiziki imkanları məhdud olan
insanlara, eləcə də uşaq arabası ilə olan gənc analara avtobusa
rahat minib-enməyə imkan yaradır. Fiziki qüsurlu şəxs xüsusi pandus
vasitəsilə yaxınları tərəfindən, sərnişinlərin və ya sürücünün
köməkliyi ilə avtobusa mindirilməlidir.
Xatırladaq ki, “Xaliq Faiqoğlu” MMC şirkətinin bağladığı
müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək. Onlardan 50-si
artıq Bakı şəhərinə gətirilib.
Onu da əlavə edək ki, Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişinə əsasən, yeni gətirilən avtobusların hər biri əlil şəxslərin rahat minib-düşməsi üçün müvafiq panduslarla təchiz olunur.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan