Qırmızı.az
Göyçay sakini qəzadan əvvəl arvadını öldürdü
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Göyçayda qətl hadisəsi ilə bağlı birgə məlumat yayıblar.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, martın 30-da saat 10 radələrində Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu ərazisində rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayev Fərhad Qubad oğlu idarə etdiyi "VAZ 21074" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb, nəticədə aldığı bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı avtomobilin arxa salonunda qadın meyiti aşkar edilib. Araşdırmalarla meyitin F.Abdullayevin arvadı, 1981-ci il təvəllüdlü Lamiyə Abdullayeva olması müəyyən edilib və meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində L.Abdullayevanın əri F.Abdullayev tərəfindən Ucar şəhərində yaşadıqları mənzildə qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR