Qırmızı.az
Ordumuz Türkiyədə öz gücünü göstərdi - VİDEO
Türkiyə, Azərbaycan, Amerika Birləşmiş Ştatlarının, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə beynəlxalq “İşıq-2015” hərbi xilasetmə təlimləri başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.
Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava
Qüvvələrinin “TURAZ Şahini 2015” birgə təlimləri davam edir. Qardaş
ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri
də sınaqdan keçirirlər. Azərbaycanlı pilotlar bu dəfə “F-4” tipli
qırıcı-bombardmançı təyyarələri idarə ediblər. Təlimlərdə ilk
olaraq Azərbaycan və Türkiyə təyyarələri hədəflərə hücum edərək
yerdəki müdafiə sistemlərini vurublar.
Dəqiq atəşlə hədəflər sıradan çıxarılıb. Sonra şərti düşmən
ərazisində qalan bir pilot xilas edilib. Əraziyə enən iki
helikopterdən düşən əsgərlər ətrafı mühafizə edib və pilot
helikopterə mindirilib. Sonda helikopterlərin yerə enməsinin
təhlükəli olduğu vəziyyətdə düşmən ərazisində qalan pilot xilas
edilib.
Bu dəfə helikopterdən xüsusi iplərlə enən əsgərlər yaralı pilotu
xərəyə qoyaraq xilas ediblər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd “Mi-17” döyüş-nəqliyyat
helikopterləri Türkiyədə “İşıq-2015” beynəlxalq axtarış-xilasetmə
təlimlərində fəal iştirak edirlər və bu təlimlər çərçivəsində
əməliyyatların yerinə yetirilməsinə cəlb olunublar.
Ötən gün birgə təlimlər çərçivəsində müşahidə və media turu
keçirilib. Təyyarələrin birlikdə təhlükəsiz uçmalarını təmin edəcək
üsullar reallaşdırılıb.
Uçuş qabiliyyətinin artırılması məqsədilə ciddi sınaqlar keçirilib,
qarşılıqlı təcrübə mübadiləsi təmin edilib. Azərbaycan Hərbi Hava
Qüvvələrinin 3 ədəd “MİQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və
“İl-76” hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd “Mi-17” helikopteri
iştirak edir. Martın 2-də başlayan təlimlər aprelin 13-dək davam
edəcək.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan