• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəyik

Şəxsiyyət vəsiqəsi ilə xaricə gedə biləcəyik

Azərbaycan vətəndaşlarına verilən yeni şəxsiyyət vəsiqələri ilə xaricə səfər etmək mümkün olacaq.

Trend-in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Hesablama Mərkəzinin ( İHM) sertifikasiya mərkəzinin rəhbəri Arif Mailov bildirib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqəsi İCAO standartlarına cavab verir, amma sərhədləri keçərkən yeni sənəddən istifadə ölkələr arasındakı razılaşma əsasında mümkündür.

Nazirliyin baş mütəxəssisi Nadir Rəsulov da öz növbəsində qeyd edib ki, hazırda layihə çərçivəsində şəxsiyyəti təsdiq edən çiplərin proqram təminatı üzrə sınaqlar başa çatıb.

“Hazırda ilk vəzifə layihədə istifadə olunan alqoritmin tanınmasıdır. Alqoritmlərin müəyyən olunması nüfuzlu dünya şirkətlərinin sertifikasiya sistemləri əsasında aparılacaq. Layihədə İsveçrənin “Trub” şirkəti ilə əməkdaşlıq edirik”, - deyə N.Rəsulov bildirib.

Vətəndaşlara elektron sertifikatları İHM təqdim edəcək. Mərkəz həmçinin elektron imzanın şəxsiyyət vəsiqəsi çiplərinə inteqrasiyası ilə məşğul olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR