Təhsil Nazirliyinin nümayəndələri BDU-nun tələbələri ilə görüşəcəklər
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyinin nümayəndələri BDU-nun tələbələri ilə görüşəcəklər

Bakı Dövlət Universitetində bir qrup tələbənin aksiya cəhdi Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura

Bakı Dövlət Universitetində bir qrup tələbənin aksiya cəhdi Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı ilə bağlı deyil, bu sənədin düzgün şərh olunmaması ilə bağlıdır. Bu barədə Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli deyib.

C.Valehli qeyd edib ki, bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri sabah saat 12: 00-da BDU-nun akt zalında sənədin mahiyyətinin daha düzgün şərh olunması üçün tələbələrlə görüş keçirəcək.

Qeyd edək ki, bu gün bir qrup tələbə toplaya bilmədikləri kreditlərə görə maliyyə vəsaitinin ödənilməsinə etiraz olaraq BDU-nun qarşısında aksiya keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm