AMEA-nın Fizika İnstitutunda yanğın baş verib - YENİLƏNDİ
Bizi izləyin

Qırmızı.az

AMEA-nın Fizika İnstitutunda yanğın baş verib - YENİLƏNDİ

Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib. Hadisə bu gün saat 10:30 radələrində baş verib.

Bu barədə Fizika İnstitutunun ümumi şöbəsinin müdiri Səidə Məmmədova Publika.Az –a açıqlama verib.

“Laboratoriyada qısaqapanma olub. Kütləvi halda qorxulu heç bir şey yoxdur. Sadəcə olaraq hadisə zamanı elektrik yox idi. Sonradan gələrək yamğını söndürüb. Hadisə yerinə yanğın söndürmə cəlb olunmayıb və İnstituta heç bir ziyan dəyməyib, yüngülcə tüstülənmə olub”.

Odər Qəni

11.11

Azərbaycan Milli Elmlər Akadmeiyasının Fizika İnstitutunda yanğın baş verib.Trend xəbər verir ki, bu gün saat 10:30 radələrində AMEA-nın Fizika İnstitutunda yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğınsöndürənlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, elektrik şitində kiçik yanğın baş verib. Lakin onlar hadisə yerinə gələnədək yanğın instututun əməkdaşları tərəfindən söndürülüb.

Fizika İnsitutundan isə Trend-ə bildiriblər ki, hadisə elektrik şitində qısa qapanma səbəbindən baş verib. Yanğın zamanı xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm