"Feysbuk" bağlana bilər - Teleaparıcının iddiası üzrə məhkəmə başladı
Bizi izləyin

Qırmızı.az

"Feysbuk" bağlana bilər - Teleaparıcının iddiası üzrə məhkəmə başladı

Nərimanov rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin “Feysbuk” sosial şəbəkəsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Publika.Az xəbər verir ki, prosesdə “Feysbuk” sosial şəbəkəsində istifadəçilərin şərhlərinin və satatuslarının təhqir olub-olmamasının müəyyən etmək məqsədilə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinə sorğu göndərib.

Nazirlik həmin sorğuya cavab verib. Sorğuda qeyd olunub ki, hər bir istifadəçi sossoal şəbəkədə qeydiyyatdan keçərkən təhqirə yol verməməsi ilə bağlı öhdəlik götürüb. Daha sonra prosesdə iddia dinlənilib.

Qeyd edək ki, İlham Mirzəyev sosial şəbəkənin məhkəməyə verilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi göndərib. Teleaparıcı İlham Mirzəyevin məhkəməyə göndərdiyi iddia ərizəsində “Feysbuk” sosial şəbəkəsi ilə yanaşı “Yeni Müsavat” və “Azadlıq qəzetləri, Yasamal rayon Məhkəməsində mühakimə olunan Asif Əliyevin anası Lyudmilia Əliyeva da məhkəməyə verilib. Teleaparıcı şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və cavabdehlərdən pul tələb edir.

Qeyd edək ki, Asif Əliyev İlham Mirzəyevin şikayəti əsasında həbs edilib. Teleaparıcı iddia edib ki, Asif Əliyev onu hücum edib və sağlamlığına xəsarət yetirib. Lakin Asif Əliyev belə bir hadisənin olmadığını və İlham Mirzəyevin ona şər atdığını deyib.

Asif Əliyevin anası Lyudmilia Əliyeva mətbuat orqanlarında çıxış edərək İlham Mirzəyevin oğlunu şərlədiyini deyib. Bundan başqa, İlham Mirzəyev “Facebook”da haqqında olan səhflərin ləğv edilməsini istəyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm