“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat
Bizi izləyin

Qırmızı.az

“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat

“Bakıelektrikşəbəkə”də boş qalmış I müavin postuna yeni təyinat

Prezidentin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sədr gətirilən Zaur Hüseynovun “Bakıelektrikşəbəkə”dəki boş qalan vəzifəsinə yeni təyinat olub.

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi MustafayevinModern.az saytına verdiyi məlumata görə, artıq “Bakıelektrikşəbəkə” ASC-də İdarə Heyəti sədrinin I müavini vəzifəsini Sadıq Sadıqov tutur.

ASC sözçüsünün dediyinə görə, Sadıq Sadıqov I müavin postuna gətirilməzdən öncə texniki direktor vəzifəsində çalışıb. “Sadıq Sadıqov artıq birinci müavin kimi öz işinə başlayıb. “Bakıelektrikşəbəkə” Açıq Səhimdar Cəmiyyəti olduğundan vəzifəyə təyinat da daxili əmrlə rəhbərlik tərəfindən aparılır”, – deyə Tanrıverdi Mustafayev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm