Qırmızı.az
Paytaxtın nəqliyyat yükünü azaldacaq yeni yol salınır - FOTOLAR
Fevralın 28-də Prezident İlham Əliyev Bakıda yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə tanış olub.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri,
körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa
olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları
salınır. Bütün bu işlər "Azərbaycanda avtomobil yolları şəbəkəsinin
yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət
Proqramı"na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin
ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara verilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın
hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun
təkmilləşdirilməsi layihələri üzrə də işlər uğurla icra olunur.
Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin
inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin
rahatlığının təmin edilməsinə yönəldilmişdir. Yol-nəqliyyat
sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla
yanaşı, ölkəmizin malik olduğu iqtisadi qüdrətin də göstəricisidir.
İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir
reallığı da ortaya qoyur ki, son illər ərzində qazanılan
nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı,
ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə
atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına
əsasən paytaxtın yol nəqliyyat infrastrukturunun daha da müasir
səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər
sırasına yenisi də əlavə edilir.
Prezidentə yolun texniki göstəriciləri barədə ətraflı məlumat
verildi. Bildirildi ki, paytaxtın Həsən Əliyev küçəsindən Ziya
Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına
qədər salınacaq yeni yolun uzunluğu 17 kilometrdir. Yolun bəzi
hissəsi dörd, bəzi hissəsi isə altızolaqlı olacaqdır. Şəhərin bu
istiqamətində mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin
intensivliyinə əngəl törədirdi və tıxaclara səbəb olurdu. Yeni yol
hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və
maneəsiz hərəkətinə şərait yaradılacaqdır. Yol boyu körpü, tunel və
piyada keçidlərinin də inşası yüksək səviyyədə həyata
keçiriləcəkdir.
Bildirildi ki, birinci mərhələdə yolun Həsən Əliyev küçəsinə qədər
hissəsi hazır olacaqdır. İkinci mərhələdə isə Həsən Əliyev
küçəsindən metronun "Gənclik" stansiyasına qədər olan hissəsi inşa
ediləcəkdir. Dövlət Proqramına daxil olan bu layihənin
reallaşdırılmasında əsas məqsəd metronun "Koroğlu" stansiyasına
gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən
Əliyev küçəsindən keçərək "Gənclik" stansiyası istiqamətinə qədər
nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, bu magistral yol
birbaşa yeni inşa olunan Olimpiya Stadionu ilə də səmərəli və rahat
nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir. Yeni avtomobil yolu,
həmçinin Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli
magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə
yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına
da öz təsirini göstərəcək.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq
respublikamızda, o cümlədən Bakı şəhərində yol-nəqliyyat sisteminin
yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq
ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Bütün yeni
qurğular yüksək keyfiyyəti və müasirliyi ilə diqqəti cəlb edir.
Yeni yolun çəkilişi zamanı da bu ənənə gözləniləcəkdir.
Prezident İlham Əliyev respublikamızın paytaxtının dünyanın ən
gözəl və rahat yaşayış şəraiti olan şəhərlərindən birinə
çevrilməsini qarşıya prioritet vəzifələrdən biri kimi qoymuşdur.
Son illər Bakının yol-nəqliyyat sisteminin dünyadakı qabaqcıl
təcrübə əsasında yenidən qurulması da bu istiqamətdə ən vacib
tədbirlərdəndir. Ötən illərin təcrübəsi göstərir ki, bu sahədə
yüksək keyfiyyəti ilə diqqəti cəlb edən yenidənqurma tədbirləri
ildən-ilə daha da geniş vüsət alır.
Prezident İlham Əliyev layihənin yüksək səviyyədə başa çatdırılması
ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan