• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Leykemiya xəstələrinin problemləri müzakirə edilib

Leykemiya xəstələrinin problemləri müzakirə edilib

Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında "İrəli" İctimai Birliyi və Azərbaycan Tibb Universitetinin birgə həyata keçirdiyi "Leykemiya ayı" layihəsi çərçivəsində "Azərbaycanda Leykemiya problemi" mövzusunda konfrans keçirilib.

Publika.Az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan "Leykemiya ayı" layihəsinin rəhbəri Dünya Fərzəliyeva bildirib ki, layihə Azərbaycanda olan leykemiyalı xəstələrin problemlərinin araşdırılmasından danışıb. O vurğulayıb ki, layihə həm də həmin xəstələrin sosial durumunun yaxşılaşdırılmasını, üzləşdiyi gündəlik sıxıntılar barədə ictimai-maarifləndirmə kampaniyasının aparılmasını özündə cəm edir. Layihə rəhbəri onu da qeyd edib ki, əsas məqsəd Azərbaycan Respublikasının Ali Qanunverici orqanı olan Milli Məclisdə leykemiyalı xəstələr barədə müzakirələrin gündəliyə salınmasından ibarətdir.

Konfransda çıxış edən Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib ki, bu xəstəlik təkcə Azərbaycanda deyil dünya səhiyyəsini də narahat edən məsələdir: "Leykemiyalı xəstələrin hüquqi və sosial durumlarının yaxşılaşdırılmasına çalışmaq lazımdır. Bunun üçün Milli Məclisdə yeni qanun qəbul etməyə ehtiyac yoxdur, çünki onkoloji xəstəliklərlə bağlı qanun var. Sadəcə, bu qanuna əlavə və dəyişikliklər etmək lazımdır. Eyni zamanda bu sahə ilə bağlı kadr çatışmazlığı da vardır ki, indi bu çatışmazlıq aradan götürülür. Sümük iliyi transplantasiyasının da ölkəmizdə keçirilməlisi artıq zəruri haldır".

"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev "Leykemiya ayı" layihəsi haqda məlumat verərək bildirib ki, rəhbərlik etdiyi təşkilat gənclər və cəmiyyətin marağında olan bir sıra istiqamətlərdə təşəbbüslər göstərir: “Tibb sahəsi də bizim üçün önəmli sahədir və bu istiqamətdə müxtəlif formatda tədbirlər həyata keçiririk. "Leykemiya ayı" layihəsini keçirməkdə məqsədimiz isə cəmiyyətin diqqətini Azərbaycanda leykemiyalı xəstələrin problemlərinə yönəltmək, onların problemlərinin həlli istiqamətində təşəbbüsləri ortaya qormaq və bu sahədə qanunvericilikdə təkmilləşmələrin həyata keçməsinə nail olmaqdır".

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli çıxış edərək konfransın və layihənin önəmliliyi, aktuallığından danışıb. Millət vəkili qeyd edib ki, bu gün dövlət tərəfindən bu sahəyə yetərincə diqqət ayrılır.

Konfransda həmçinin Tibb Universitetinin professor və kafedra müdirləri, Mərkəzi Klinik Xəstəxanasının Hematoloji şöbənin nümayəndələri iştirak ediblər. Çıxışlar bitdikdən sonraHematoloji Uzmanlık Derneği Başkanı Prof. Dr. Süleyman Dinçer, Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev, millət vəkili Jalə Əliyeva, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ixtisaslaşmış müşaviri, elmi-analitik sektorun baş məsləhətçisi Müqalib Mahmudov, Hematologiya Klinikasının elmi rəhbəri İsgəndər Bağırov və B.E.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru professor Mireldar Babayevin leykemiya xəstəliyi ilə bağlı məruzələri dinlənilib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR