BQXK-nin əməkdaşları Dilqəm və Şahbaza baş çəkdi
Bizi izləyin

Qırmızı.az

BQXK-nin əməkdaşları Dilqəm və Şahbaza baş çəkdi

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova Publika.az-a açıqlamasında saxlanılan şəxslərə sonuncu başçəkmənin aprelin 21-də baş tutduğunu deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən ailələrinə və ailələrindən onlara məlumatlar çatdırılıb. BQXK bundan sonra da mandatına uyğun olaraq saxlanılan şəxslərə mütəmadi baş çəkəcək.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunda ata-baba yurdlarını ziyarət edərkən girov götürülüblər. Onlarla birlikdə girov götürülər Həsən Həsənov isə öldürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm