Qırmızı.az
Bu gecə Bakıda yağış yağacaq - Hava Haqqında
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Gecəyə doğru isə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti, Bakıda gecə 4-6°, gündüz
11-13° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə
sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcəkdir. Lakin axşama doğru bəzi yerlərdə yağıntı
olacağı, sulu qar yağacağı ehtimalı var.
Temperatur gecə 0-5° isti, şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə
6-8° şaxta, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı
olacağı ehtimalı var.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti
olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşam isə yağıntı olacağı
ehtimalı var.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı
olacağı ehtimalı var.
Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°
şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacaq, gecəyə doğru isə yağıntı olacağı ehtimalı var.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı
olacağı ehtimalı var.
Temperaturun gecə 5-8°, gündüz 11-16° isti, dağlarda gecə 1-4°
isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeroloji amillərin
normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən
əlverişlidir.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO