Azərbaycanın “Hababam sinifi” imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın “Hababam sinifi” imtahan verəcək

Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlərin eksternat imtahan verməsi üçün qeydiyyat prosesi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində eksternat qaydada imtahanlarda iştirak etmək üçün 355 nəfər müraciət edib.

Müraciət edənlərin arasında əsasən son 10 ilin məzunları üstünlük təşkil edir.

Eksternat qaydada imtahan vermək üçün sənədlərini qaydasında təqdim edən hər kəs imtahanda iştirak edə bilər.

Qeyd edək ki, həmin şagirdlər üçün mayın 13, 14, 15 –də eksternat qaydasında imtahanlar keçiriləcək

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm