Avropa Oyunları ərəfəsində parkinq qaydaları AÇIQLANDI
Bizi izləyin

Qırmızı.az

Avropa Oyunları ərəfəsində parkinq qaydaları AÇIQLANDI

Birinci Avropa Oyunları ərəfəsində hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonaları olacaq. Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə, sakinlərin evlərinə rahat gediş-gəlişini təmin etməkdir.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda bildirilib ki, bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər. Lakin Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə parkinq icazəsi verilməyəcək.

İstisna olaraq, avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün parkinq icazəsi tələb olunmur.

PCZ-ə daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.

Parkinq icazəsi mayın 15-dən sonra veriləcək. İcazə iyunun 1-dən 30-dək etibarlı olacaq. İcazə almaq üçün faktiki yaşadığı ünvanı təsdiq edən sənəd, nəqliyyat vasitəsinin pasport, sürücülük vəsiqəsi tələb olunur. Parkinq icazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.

Sakinlər heç bir ödəniş etmədən parkinq icazəsi ilə təmin olunacaq. İtirilmiş, oğurlanmış parkinq icazələri yenisi ilə əvəz olunmayacaq. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq icazəsi zədələndiyi halda, etibarsız sayılacaq.

Parkinq icazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar yol polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiq olunacaq.

Parkinq icazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir. Xəbərdarlıqda parkinq icazələrini əldə etdikdə, bu icazələrin istifadəsi üzrə təlimat vərəqəsini götürməyi unutmamaq qeyd edilir.

Nəqliyyat vasitəsi Parkinqə Nəzarət Zonasında olarkən parkinq icazəsi hər zaman nəqliyyat vasitəsinin üzərində görünməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm