Qırmızı.az
Zakir Həsənov Türkiyənin ordu generalları ilə görüşüb - FOTO
İstanbul şəhərində keçirilən "İDEF - 2015" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir sərgidə nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif təyinatlı məmulatları maraqla izləyib.
Sərginin keçirildiyi günlərdə müdafiə nazirinin Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar və başqaları ilə təkbətək görüşləri olub.
Görüşlərdə ölkələrimiz arasında müdafiə sahəsində mövcud vəziyyət, hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətlərində ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, xüsusilə mayın 12-dən 16-dək Azərbaycanda keçiriləcək Azərbaycan-Türkiyə Quru Qoşunları bölmələrinin növbəti birgə taktiki təliminin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı