
«Tour d'Azerbaijan» beynəlxalq velosiped turunun
keçirilməsi ilə əlaqədar bu gün Bakıda bəzi yollarda hərəkət
məhdudlaşdırılacaq.
Publika.az-ın məlumatına görə, mayın 10-da saat 10.00-dan 15.00-dək
paytaxtın Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva -
Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov -
Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid
prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun
- Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard
Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi -
Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti
olaraq dayandırılacaq.
Bakı şəhər polisi sürücülərdən göstərilən vaxtlarda alternativ
yollardan istifadə olunmasını xahiş edir.