Millət vəkili ön cəbhədə – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Millət vəkili ön cəbhədə – FOTOLAR

Tovuzda Ermənistanla ön cəbhədəki hərbi hissədə möhtəşəm tədbirlər keçirilib.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyevin siyasəti müstəqil Azərbaycanın inkişafına yol açıb.

Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutmasının məhz ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "gələn bayramlarımızı inşallah birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik", deyib.

Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu adından hədiyyələr təqdim edilib və onlarla gözəl söhbətlər aparılıb.

Əsgər və zabitlərimiz hər an Ali Baş Komandanın əmri altında torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını bildiriblər.

Tədbir Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın əsgər, zabit, hərbçilərimiz üçün geniş konsert proqramı ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm