Tələbələr üçün əmək yarmarkası - FOTO
Bizi izləyin

Qırmızı.az

Tələbələr üçün əmək yarmarkası - FOTO

Mayın 23-də Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, "Britiş Amerikan Tobakko" şrkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tələbələri üçün əmək yarmarkası keçirilib.

Publika.az-ın məlumatına görə, sərgidə işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri Zviad Şvitaridze, həmçinin 20-ə yaxın ali təhsil müəssisəsi rəhbərləri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işədüzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb. Nazir bildirib ki, əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.

Mikayıl Cabbarov bu əmək yarmarkasının əvvəlkilərdən fərqli qaydada təşkil olunduğunu qeyd edib. Belə ki, tədbirdən əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və tədbir günü üçün müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin aparat rəhbəri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondu təhsillə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr, o cümlədən, “Təhsilə dəstək”, “Yeniləşən Azərbaycana yeni məktəb”, uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib. Onun sözlərinə görə, Heydər Əliyev Mərkəzi bu günədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirib. Bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsinə və gənclər arasında geniş təbliğinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərinin formalaşmasına yönəlib.

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva və “Britiş Amerikan Tobakko” şirkətinin baş meneceri Zviad Şvitaridze çıxışlarında tədbirin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar.

Tələbələrin əmək yarmarkasında ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət iştirak edib. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar.

Açılış mərasimindən sonra qonaqlar yarmarkada təqdim olunan i ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm